Gələcəyin avtobusu sınaqdan keçirildi

Day.Az представляет новость на азербайджанском языке

Çində gələcəyin avtobusunun ilk sınağı keçirilib.

Day.Az ictnews-a istinadən xəbər verir ki, qeyri-adi nəqliyyat vasitəsi sərnişinləri yolla deyil, yolun üstündən daşınmasına imkan verir.

Xubey Şərqi Çin əyalətində "TEB-1" adlı tunel rolunu oynayan avtobusun sınağı müvəffəqiyyətlə keçib. Sözügedən nəqliyyat vasitəsinin uzunluğu 22 metr, eni 7.8 metr və hündürlüyü 4.8 metrdir.

Avtobus 300-dək sərnişin daşımaq qabiliyyətinə malikdir. Amma özəlliyi ondadır ki, yolla deyil, xüsusi relslərin köməyi ilə yolun üstü ilə hərəkət edir. Beləliklə, adi avtomobillər üçün yol zolağı boş saxlanılır.

Ekspertlər "TEB-1" avtobusunun sınağı zamanı onun enerji sərfiyyatını, əyləc sisteminin iş qabiliyyətini yoxlayıblar.

Məlumata görə, qrtıq Braziliya, Fransa, Hindistan və İndoneziya qeyri-adi nəqliyyat vasitəsi ilə maraqlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.