İkimərtəbəli evdə yanğın olub
Day.Az представляет новость на азербайджанском языке
Göyçayda fərdi yaşayış evində yanğın hadisəsi olub.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Rayon sakini 1982-ci il təvəllüdlü Əsədov Elşən Fərrux oğluna məxsus ümumi sahəsi 460 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 3 kvadratmetrlik hissəsi yanıb. Yanğın vaxtında söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре