Nəzir demək günahdırmı?

Day.Az представляет новость на азербайджанском языке

Nəzir demək günah sayılmır ki? Məsələn, dilək həyata keçsə, qurban kəsb ətini məscidlərdə kasıblara paylamaq niyyəti Allahın qarşısında şərt qoymaq, Allahla alver etmək sayılmazmı?

Xeyr, bu günah deyil və Allahın qarşısında şərt qoymaq kimi də sayılmaz. Allah öz bəndələrinə qarşı o qədər mərhəmətlidir ki, hətta onlara hər hansı ibadəti fərz (vacib) edərkən belə, bunun əvəzində onlara mükafat verir (ya dünyada, ya da axirətdə). Yəni məsələn, namaz qılmaq borcumuz olsa da, amma buna görə savab qazanırıq. Insanlar da öz növbələrində Allahdan nəyi isə istəyib, əvəzində hər hansı savab işi edəcəklərini nəzir söyləyə bilərlər. Onsuz da Allahın buna ehtiyacı yoxdur. Nəzir həyata keçəndən sonra edilən əməl ya nəzir deyənin özünə, ya da başqa insanlara fayda gətirir.

Day.Az islam.az-a istinadən bildirir ki, yaxşı olar ki, insan nəzir deyərkən, ətrafdakı ehtiyaclı adamlara xeyir verməyi düşünsün. Məsələn, sədəqə kimi pul vermək, bir kəsin ehtiyacını qarşılamaq. İnsan özünə maddi fayda gətirən bir şeyi nəzir deməməlidir. Mənəvi fayda gətirən işi etməyi nəzir demək olar. (Məsələn, filan işim düzəlsə, müstəhəb namaz qılacağam, oruc tutacağam, ziyarətə gedəcəyəm). Amma maddi faydası olan işi boyun olub nəzir demək düzgün deyil. Təəssüf ki, bəzən elə adamlara rast gəlirik ki, "filan işim düzəlsin, qapı-qapı gəzib dilənəcəyəm" deyə nəzir deyirlər. Əvvəla, onlar  bu halda özlərinə aid olmayan əmlakdan nəzir demiş olurlar. Ikincisi, bu yolla başqasının pulunu mənimsəyirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.