Tiflisdə azərbaycanlə gənclər Xocalı faciəsini anacaq

Day.Az представляет новость на азербайджанском языке.
 

Gürcüstan paytaxtında azərbaycanlı gənclər Xocalı faciəsini anacaq.
 

"The Truth about the Khojaly" konfransının əsas ideyası Xocalı faciəsini digər xalqların gənclərinə olduğu kimi çatdırmaq və daha çox insanın bu faciədən xəbərdar olmasına nail olmaqdır".
 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Abbasov Anar və tərəfdaş təşkilat "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi tərəfindən Gürcüstan Respublikasında "Xocalını siz də tanıyın!"adlı layihəsi həyata keçiriləcək.
 

Layihənin rəhbəri Anar Abbasovun verdiyi məlumata görə bu layihə Azərbaycan xalqının Xocalı faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə və beynəlxalq hüququn diqqətinə hərtərəfli şəkildə çatdırılmasında onlara yardımçı olmaq missiyası daşıyır.
 

"Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin ən qanlı səhifəsidir. Bu gün bu dəhşətli faciəni həm Azərbaycanı gələcəkdə hər cəhətdən təmsil edəcək gənclərimizin arasında, həm də dünya dövlətləri, xalqları arasında, təbliğ etmək hər bir Azərbaycanlının borcudur. Bu səbəbdən 25 fevral 2014-cü il tarixində Tbilisi şəhərində həyata keçirirəcəyimiz "The Truth about the Khojaly" konfransının əsas ideyasını Azərbaycan gəncliyinin Azərbaycan xalqının tarixini, faciəli günlərini həm özünün dərindən öyrənməsi, həm də digər xalqların gənclərinə olduğu kimi çatdırılmasına, daha çox insanın Xocalı faciəsindən xəbərdar olmasına nail olmaq və bununla da dünyada aparılan "Xocalıya ədalət" kampaniyasına dəstək vermək təşkil edir"-deyə A.Abbasov vurğulayıb.