Bakıda qeyri-adi avtomobil satılır: xanım sürücülərə qarşı xüsusi nəvaziş nümayiş etdirib

Day.Az представляет новость на азербайджанском языке

Bu elan, olmuş və bundan sonra olacaq bütün marketinq nəzəriyyəsini alt-üst edir. Diqətlə oxuyun və seçim edin!!!

Day.Az xəbər verir ki, saytların birində maraqlı bir elan yerləşdirilib. Elanda avtomobilin ağlasığmaz "üstünlükləri" olduğu bildirilir.

Day.Az elanı olduğu kimi təqdim edir:

"Avtomovil Xınalıqda dörd dəfə aşıb, Qubada Çənlibel gölündə batıb, təmirə aparan zaman amerikan istehsalı olan "Tomahawk" raketi ilə vurulub və yerlə bir edildikdən sonra yığılıb!", кimi sözlərlə üzərimə gəlməyin!...

Hüdnür dağların dəstəboy fatehi, odda yanmaz suda batmaz, sahibini utandırmaz, utandırsa da üzünü qızartmaz olan əsl HİPOPOTAM!

"Nissan Pathfinder" satılır. Bu maşının xeyirduasını elimizin o başından bu başına, yuxularımıza qənim kəsilən, ağ paltarlı, ağ saqqalı, ağ çomaxlı kişi verib. Yaxın gəl!

Almasanda xəyal et....

Avtomobil hər kəs üçün deyil, ancaq yerində və müştərinin face kontrolundan sonra satılacaq!

PS: Bu avtomobil bütün sosial şəbəkələrin ulduzdur, yollarda xanım sürücülərə qarşı xüsusi nəvaziş nümayiş etdirib. Avtomobildə bu vaxta qədər, şit və səviyyəsiz ara mahnılar dinlənilməyib! Yalnız Alman folklor "Agır" rok qrupu "İn Extremo" nun mahnıları.

Avtomobilin mühərriki, hər gün Bismillah ilə işə salınıb, Maşallah ilə sürülüb və Əlhəmdulillah ilə park edilib...

Qiymətin üstündə olan (14000) 500 rəqəmi sizi üzməsin. Buna Fil üstündə Bülbül deyilir ki , o da Sizə qurbandır!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.