Koronavirus bu ağır xəstəliklərə səbəb ola bilər

Yeni koronavirus yalnız yanaşı xəstəliyi olan pasiyentlərdə deyil, xəstəxanaya yerləşdirilməsinə ehtiyac duymayanlarda belə beyin qabığında neyronların ölümünə səbəb ola bilər.

Day.Az xəbər verir ki, braziliyalı alimlər bu qənaətə gəliblər.

Alimlərin fikrincə, koronavirus Altsheymer və Parkinson kimi xəstəliklərlə yanaşı, şizofreniyaya da səbəb ola bilər.

Qeyd edilir ki, ağır xəstələrdə qanın oksigenlə doyma səviyyəsinin aşağı olması beyini zədələyir və bu zaman ölüm gözləniləndir. (publika.az)