Bakıda 7 kafe və restoranda pozuntular aşkarlanıb - SİYAHI
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 11-də ölkə üzrə 401 ictimai iaşə obyektində 685 monitorinq keçirilib.
Qida Təhlükəsizliyi Agentliyindən Day.Az-a bildirilib ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus "Baku" kafesi;
2. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pak Dad" restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Əliyev küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Akkuş Servetə məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Uğur Hüseyn oğluna məxsus kafe;
5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 34 ünvanında yerləşən, fiziki şəxs Bağırov Camal Valeh oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, Əliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Borayev Ramazan Temraz oğluna məxsus kafe;
7. Bakı şəhəri, Suraxanı rayonu, Mehmandarov küçəsi 51 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Kifayət Həsən qızına məxsus "Turşsu" restoranı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре