https://news.day.az/azerinews/1487855.html
Dəniz sahilində kişi ilə qadın meyitləri tapıldı
Sumqayıtda dənizdən 2 meyit tapılıb. Day.Az Trend-ə istinadən bildirir ki, dünən axşam saatlarında Sumqayıt-Novxanı yolunun kənarındakı istirahət mərkəzində birgə dənizə girən şəxslərin sonradan meyiti tapılıb. Ehtimal olunur ki, suda boğulan şəxslərin meyitini dalğalar sahilə çıxarıb.
Dəniz sahilində kişi ilə qadın meyitləri tapıldı

Sumqayıtda dənizdən 2 meyit tapılıb.
Day.Az Trend-ə istinadən bildirir ki, dünən axşam saatlarında Sumqayıt-Novxanı yolunun kənarındakı istirahət mərkəzində birgə dənizə girən şəxslərin sonradan meyiti tapılıb. Ehtimal olunur ki, suda boğulan şəxslərin meyitini dalğalar sahilə çıxarıb.
Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре