Azərbaycan üzgüçüsü İslamiadada özünün ikinci, milli komandanın 3 -cü medalını qazanıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülərindən 3-cü medal gəlib.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.02.24 nəticə ilə İslamiadada gümüş medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.