https://news.day.az/azerinews/1516048.html
Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur - Ceyhun Bayramov
Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur - Ceyhun Bayramov

Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir.
Day.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.
Nazir bildirib ki, Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsətdən istifadə etməlidir.
"Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa doğru yol açacaq", - deyə nazir əlavə edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре