Regionda rifah və təhlükəsizliyə mühüm töhfələrimiz olacaq

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həmçinin, iki, üç, dördtərəfli formatda əməkdaşlığımızı gücləndiririk.

Day.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, ortaq dil, din, dəyərlər, tarix bizi bir-birimizə bağlayır.

"Sabah baş tutacaq Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə görüşündə energetika, iqtisadiyyat, kommunikasiya, ticarət, gömrük və digər sahələrdə bölgənin həyatına təsir edəcək effektiv addımlar atılacaq. Regionda rifah və təhlükəsizliyə də mühüm töhfələrimiz olacaq", - deyə M.Çavuşoğlu əlavə edib.