Paşinyan Gümrüdəki anti-Rusiya etirazlarını özü təşkil edib

Ötən gün Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya 102-ci hərbi bazasının önündə təşkil olunmuş aksiyanın bəzi təfərrüatları məlum olub.

Day.Az xəbər verir ki, "Hraparak" nəşrində dərc olunan yazıda aksiyanın baş nazir Nikol Paşinyan tərəfindən təşkil olunduğu qeyd edilib.

"Rusiyanın 102-ci hərbi bazası yaxınlığında təşkil edilən növbəti meymun hücumu tarixə düşüb. Bu, Nikol Paşinyan və Ermənistan Milli Demokrat Partiyasının birgə əməliyyatı idi. Paşinyan Ermənistanın strateji müttəfiqi Rusiyaya göstərir ki, ölkədə hərbi bazanın ləğvini tələb edən anti-Rusiya qüvvələr var".

Bildirilir ki, polislər etirazçıların hərbi bazanın girişinə yaxınlaşmasına özləri imkan yaradıb

"Əvvəlcə təyin olunmuş etirazçılar hərbi bazanın əsas girişinə "hücum edib". Lakin "təyin edilmiş polislərlə" üz-üzə gəldikləri üçün qaçıblar və arxa girişə "yürüş" ediblər".

Rusiya hərbçilərinin heç bir təhlükəsizlik tədbiri görməməsinə toxunan müəllif qeyd edib ki, ola bilsin, ruslar etirazçıları ciddi qəbul etmir.

Yazıda aksiya zamanı polislər tərəfindən saxlanılan etirazçıların taleyinə də aydınlıq gətirilib. Müəllif yazır ki, Paşinyan Rusiya bazasının ölkədən çıxarılmasına etiraz edən heç bir şəxsi həbs etdirməyib.   

Yaxın günlərdə yeni aksiyanın təşkil olunacağı ilə bağlı məlumatlar var.