Bakıda atışmada xəsarət alanların vəziyyəti açıqlanıb - RƏSMİ
Bakının Nəsimi rayonunda baş verən atışma zamanı yaralanan iki nəfərin müalicəsi davam etdirilir.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Məlumatda qeyd edilir ki, hadisə nəticəsində güllə yarası alan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi Kliniki Tibbi Mərkəzin Travmatologiya, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin mülaicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki yaralının vəziyyəti stabildir.
Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində silahlı insident baş verib. Hadisə nəticəsində həmin ərazidən keçən Tamerlan Hüseynov və Fəqan Rəhimli güllə yarası alıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре