Paşinyandan Kremli qəzəbləndirəcək

Rusiyanın Ukraynada müharibə aparmasından narahatıq.

Day.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın "CNN.Prima" nəşrinə müsahibəsində bildirib.

Daha sonra Paşinyan bildirib:

"Bizim Rusiyanın müttəfiqi olduğumuzu deyirsiniz. Bu daha əvvəl heç vaxt açıq şəkildə deyilməyib, amma mən düşünürəm ki, bu görünür. Biz Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz o müharibə ilə, o münaqişə ilə bağlı narahatlıq duyuruq, çünki bu birbaşa olaraq bizim bütün beynəlxalq əlaqələrimizə təsir edir".