Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimləri keçirilir - FOTO

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə "Eternity-2023" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Qeyd edilib ki, oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре