https://news.day.az/azerinews/1675975.html
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 26 siyasi partiyadan 25 siyasi partiya müraciət edib. Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib

Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 26 siyasi partiyadan 25 siyasi partiya müraciət edib.
Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, artıq 23 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq MSK-da qeydiyyatdan keçib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре