Ötən ay dəm qazından neçə nəfər zəhərlənib? - AÇIQLAMA
Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazı zəhərlənməsi ilə 2 nəfər daxil olub.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
"Onlara zəruri tibbi yardım göstərilib. Dəm qazı zəhərlənməsi ilə müraciət edənlərin arasında ölüm halı qeydə alınmayıb",- o əlavə edib.
Qeyd edək ki, sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.
Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре