https://news.day.az/azerinews/1736288.html
Tərtərdə iki minik maşını toqquşub - Ölən var
Tərtərdə iki "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Day.Az-ın yerli bürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində baş verib. Belə ki, qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov ölüb.
Tərtərdə iki minik maşını toqquşub - Ölən var

Tərtərdə iki "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Day.Az-ın yerli bürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində baş verib.
Belə ki, qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov ölüb. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə yaralanıb.
Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре