https://news.day.az/azerinews/1748086.html Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  məktubda deyilir: "Hörmətli cənab Prezident...

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Azərbaycanca, 27 апреля 2025 10:51 (UTC +04:00) 562
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram."

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости