Türkiyəli yarışçı “Bakı Marafonu 2025”in kişilər arasında qalibi olub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025"in kişilər arasında qalibi müəyyənləşib.

Trend xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışın qalibi türkiyəli Atac Sezgin olub.

Ukraynali Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.

 

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.

Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.