https://news.day.az/azerinews/1753240.html “British Airways” 3,2 milyon funt sterlinq məbləğində cərimələnib "British Airways" aviaşirkəti Hitrou Hava Limanında baqaj işçilərinin hündürlükdən yıxılması nəticəsində ciddi xəsarət alması ilə bağlı iki ayrı hadisəyə görə 3,2 milyon funt sterlinq cərimələnib.

“British Airways” 3,2 milyon funt sterlinq məbləğində cərimələnib

Azərbaycanca, 16 мая 2025 20:12 (UTC +04:00) 498
“British Airways” 3,2 milyon funt sterlinq məbləğində cərimələnib

"British Airways" aviaşirkəti Hitrou Hava Limanında baqaj işçilərinin hündürlükdən yıxılması nəticəsində ciddi xəsarət alması ilə bağlı iki ayrı hadisəyə görə 3,2 milyon funt sterlinq cərimələnib.

AZƏRTAC "Independent"ə istinadla xəbər verir ki, Londonun "Southwark" Krallıq Məhkəməsində baş tutan prosesdə hadisələrin bir neçə ay fərqlə baş verdiyi bildirilib.

Hər iki halda işçilər yükləmə avadanlığından istifadə zamanı qoruyucu kənar barmaqlıqların olmaması səbəbilə yıxılaraq xəsarət alıblar. Böyük Britaniya Səhiyyə və Təhlükəsizlik İcra Hakimiyyətinin (HSE) irəli sürdüyü ittihama əsasən şirkət əməkdaşlarını qorumaq üçün yetərli və adekvat tədbirlər görməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости