https://news.day.az/azerinews/1754195.html “İçərişəhər” qoruğuna aparat rəhbəri təyin edilib "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, Fuad Xəlilov sözügedən vəzifəyə təyinat alıb. Qeyd edək ki, 1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bitirib.

“İçərişəhər” qoruğuna aparat rəhbəri təyin edilib

Azərbaycanca, 20 мая 2025 15:02 (UTC +04:00) 330
“İçərişəhər” qoruğuna aparat rəhbəri təyin edilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.

Day.Az xəbər verir ki, Fuad Xəlilov sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, 1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq "Nikoil Bank", "Bank Standard" və "Standard Insurance ASC" kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.

2017-2025-ci illər ərzində telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən Fuad Xəlilov "Bakcell" və "Azerconnect Group"da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib.

2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

Hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinin icrasına başlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости