https://news.day.az/azerinews/1754381.html
Azərbaycan vətəndaşları bu ölkəyə tək şəxsiyyət vəsiqəsi ilə gedə bilər
Özbəkistan Azərbaycan vətəndaşlarına ölkə ərazisinə şəxsiyyət vəsiqəsi ilə daxil olmaq imkanı yaratmaq niyyətindədir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanında qeyd olunub. Analoji qaydaların Rusiya və Qazaxıstan vətəndaşları üçün də tətbiqi nəzərdə tutulur.
Azərbaycan vətəndaşları bu ölkəyə tək şəxsiyyət vəsiqəsi ilə gedə bilər
Özbəkistan Azərbaycan vətəndaşlarına ölkə ərazisinə şəxsiyyət vəsiqəsi ilə daxil olmaq imkanı yaratmaq niyyətindədir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanında qeyd olunub.
Analoji qaydaların Rusiya və Qazaxıstan vətəndaşları üçün də tətbiqi nəzərdə tutulur. Özbəkistana giriş şəxsiyyət vəsiqəsi və ya daxili sənədlə, o cümlədən 16 yaşadək uşaqlar üçün nəzərdə tutulan "kinder-pasport"la mümkün olacaq.
Özbəkistan Xarici İşlər Nazirliyinə üç ay müddətində aidiyyəti ölkələrlə danışıqlara başlamaq və nəticələrinə əsasən təkliflər hazırlamaq tapşırılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре