Şəmkirdə birmərtəbəli ev yanıb

Şəmkir şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 40 m² sahədə və ev əşyaları qismən yanıb.

Day.Az xəbər verir, Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.