https://news.day.az/azerinews/1786006.html
Gözətçi işlədiyi kafedə öldü
Bakıda kafedə ölüm qeydə alınıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu Əliağa Kürçaylı küçəsi 4-də yerləşən kafedə baş verib. Orada gözətçi işləyən 1959-cu il təvəllüdlü paytaxt sakini İlqar Sabir oğlu İsmayılovun halı pisləşib və vəfat edib. Onun infarktdan öldüyü bildirilib.
Gözətçi işlədiyi kafedə öldü

Bakıda kafedə ölüm qeydə alınıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu Əliağa Kürçaylı küçəsi 4-də yerləşən kafedə baş verib.
Orada gözətçi işləyən 1959-cu il təvəllüdlü paytaxt sakini İlqar Sabir oğlu İsmayılovun halı pisləşib və vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре