https://news.day.az/azerinews/1786008.html Bu ilin doqquz ayında dövlət qurumlarına qarşı kiberhücumların sayı açıqlanıb Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edib. Dövlət Xidmətindən Day.Az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

Bu ilin doqquz ayında dövlət qurumlarına qarşı kiberhücumların sayı açıqlanıb

Azərbaycanca, 6 октября 2025 16:16 (UTC +04:00) 358
Bu ilin doqquz ayında dövlət qurumlarına qarşı kiberhücumların sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Dövlət Xidmətindən Day.Az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости