https://news.day.az/azerinews/1787231.html Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid birliyimizi nümayiş etdirir – Eldar Quliyev Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid bizim birliyimizi nümayiş etdirir.

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid birliyimizi nümayiş etdirir – Eldar Quliyev

Azərbaycanca, 10 октября 2025 18:06 (UTC +04:00) 404
Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid birliyimizi nümayiş etdirir

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid bizim birliyimizi nümayiş etdirir.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinnin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə bildirib.

O vurğulayıb ki, bütün Türk dövlətləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana mənəvi dayaq olub:

 

"Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini tamamilə darmadağın etmişdi. Torpaqlar işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başladıq və bu prosesdə Türk dövlətlərini yanımızda gördük. Türkmənistanın hədiyyəsi olan məscid, yəqin ki, yaxın dövrdə inşa edilib təhvil veriləcək. Biz bu hədiyyəni yüksək qiymətləndiririk, çünki bu, bizim birliyimizi nümayiş etdirir".

Deputat bildirib ki, 1992-ci ildə Türkmənistanda səfərdə olub. Aradan keçən 30 il ərzindəki fərq, Aşqabadın inkişafı onu sevindirir.

"Türkmənistan inkişaf edir və gələcəyə ümidlə baxır. Susuz olan Aşqabadda bu gün onlarla fontan var", - deyə E. Quliyev vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости