https://news.day.az/azerinews/1798839.html Bakıda yaşayış binasında partlayış baş verib - FOTO - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Bakıda yaşayış binasında partlayış baş verib - FOTO - VİDEO

Azərbaycanca, 30 ноября 2025 12:45 (UTC +04:00) 353
Bakıda yaşayış binasında partlayış baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın 4-cü mərtəbəsindəki mənzildə ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğası nəticəsində ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb, tavanın lambirdən ibarət örtüyü zədələnib.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Bakıda yaşayış binasında partlayış baş verib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости