Cəmil Həsənli Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb

21:01

"Milli Şura"nın sədri Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.

Day.Az xəbər verir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

15:04

"Milli Şura"nın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Day.Az xəbər verir ki, o, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün DTX-yə cəlb edilib.

Qeyd edək ki, "Milli Şura"nın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.