https://news.day.az/azerinews/1800530.html
Havayda Kilauea vulkanı püskürüb - VİDEO
Havay adasında Kilauea vulkanının daha bir püskürməsi baş verib. Day.Az-a məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib. Məlumata əsasən, yerli vaxtla səhər saat 8:49-da üç kraterdən püskürməyə başlayıb.
Havayda Kilauea vulkanı püskürüb - VİDEO
Havay adasında Kilauea vulkanının daha bir püskürməsi baş verib.
Day.Az-a məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Məlumata əsasən, yerli vaxtla səhər saat 8:49-da üç kraterdən püskürməyə başlayıb. Cənub kraterindən çıxan lava fəvvarələri 1000-1200 fut (300-370 metr) hündürlüyə çatıb və atılan lavanın ümumi həcmi 16 milyon kub yard (12 milyon kub metr) olaraq qiymətləndirilib.
"Fəvvarələrdən axan lava axını Halemaumau kraterinin səthinin 50-60 faizini əhatə edib", - deyə qeyd olunub.
Püskürmə 12 saat sonra dayanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре