https://news.day.az/azerinews/1800752.html Tədris planlarında Azərbaycan dili fənninin dərs saatları artırılacaq - Emin Əmrullayev Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilini mükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm və Təhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlar daxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, bu qərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək.

Tədris planlarında Azərbaycan dili fənninin dərs saatları artırılacaq - Emin Əmrullayev

Azərbaycanca, 8 декабря 2025 13:07 (UTC +04:00) 334
Tədris planlarında Azərbaycan dili fənninin dərs saatları artırılacaq

Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilini mükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm və Təhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlar daxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, bu qərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Bu qərarlardan biri tədris planlarında Azərbaycan dili dərs saatlarının artırılmasıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin - o cümlədən, Azərbaycan tarixi fənninin - artıq 6-cı sinifdən başlayaraq tədris dilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təmin edilib. Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin də Azərbaycan dilində tədrisi tətbiq olunur.

"Ümumilikdə, ayrı-ayrı fənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumi tədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dil bacarıqlarının və səriştələrinin inkişafı deməkdir", - deyə o vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости