https://news.day.az/azerinews/1806327.html
Azərbaycanda heyvanlardan minatəmizləmədə istifadə edilməsinin hüquqi əsası yaradılır
Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə edilməsinin hüquqi əsası yaradılacaq. Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Heyvanlar aləmi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Azərbaycanda heyvanlardan minatəmizləmədə istifadə edilməsinin hüquqi əsası yaradılır
Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə edilməsinin hüquqi əsası yaradılacaq.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Heyvanlar aləmi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu qanun, digər normativ hüquqi aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi həyata keçirilə biləcək.
Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре