https://news.day.az/azerinews/1806432.html
Bakıda atəşfəşanlıq olacaq
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakıda atəşfəşanlıq keçiriləcək. Day.Az-ın əldə etdiyi məlumata görə, Bakı sakinləri və qonaqları atəşfaşanlığı dekabrın 31-dən yanvarın 1-nə keçən gecə izləyə biləcəklər. Atəşfəşanlıq Dənizkənarı Milli Parkda təşkil ediləcək.
Bakıda atəşfəşanlıq olacaq
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakıda atəşfəşanlıq keçiriləcək.
Day.Az-ın əldə etdiyi məlumata görə, Bakı sakinləri və qonaqları atəşfaşanlığı dekabrın 31-dən yanvarın 1-nə keçən gecə izləyə biləcəklər.
Atəşfəşanlıq Dənizkənarı Milli Parkda təşkil ediləcək.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре