https://news.day.az/azerinews/1806831.html Hərəkətin intensiv olduğu küçə və prospektlərə əlavə polis naryadları cəlb edilib - DİN - FOTO Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərə əlavə polis naryadları cəlb edilib - DİN - FOTO

Azərbaycanca, 2 января 2026 13:48 (UTC +04:00) 339
Hərəkətin intensiv olduğu küçə və prospektlərə əlavə polis naryadları cəlb edilib

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür.

Bildirilir ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

  • Hərəkətin intensiv olduğu küçə və prospektlərə əlavə polis naryadları cəlb edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости