https://news.day.az/azerinews/1806873.html Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət - FOTO Yağan qardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan-Şamaxı istiqamətindən keçən hissəsində buzlaşma səbəbindən yaranan çətinliklər aradan qaldırılıb.

Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət - FOTO

Azərbaycanca, 2 января 2026 17:37 (UTC +04:00) 400
Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət

Yağan qardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan-Şamaxı istiqamətindən keçən hissəsində buzlaşma səbəbindən yaranan çətinliklər aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, yolun Ağsu ərazisindən keçən aşırımlarında müvafiq işlər görülüb, yollar təmizlənsə də, bəzi sərt döngə və enişli-yoxuşlu sahələrdə hələ də buzlaşma müşahidə olunur. Buna baxmayaraq, avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.

Muğanlı-İsmayıllı avtomobil yolunda da qar səbəbindən yaranan çətinliklər tam aradan qaldırılıb. Yol örtüyünə qum və duz qarışığı səpilib, hazırda nəqliyyat vasitələrinin hərəkəti normal şəkildə davam edir.

Bütün istiqamətlərdə yol polisi əməkdaşları hərəkətin təhlükəsizliyini təmin edir, fasiləsiz xidmət aparılır.

Qeyd edək ki, sözügedən yollarda avtomobil qəzaları qeydə alınsa da, ölən və ya ağır xəsarət alan olmayıb.

Hazırda bölgədə qarın fasilələrlə yağması davam edir. Axşam və gecə saatlarında yolların yenidən buz bağlama ehtimalı nəzərə alınaraq sürücülərə paytaxtdan şimal-qərb istiqamətində və əks istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə olunur.

  • Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət
  • Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət
  • Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət
  • Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət
  • Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət
  • Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости