Yollar buz bağlayacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 16-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.