https://news.day.az/azerinews/1809616.html Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb - XƏBƏRDARLIQ! Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" ilə bağlı elanlar yayılıb. Day.Az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb. Bildirilib ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir.

Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb - XƏBƏRDARLIQ!

Azərbaycanca, 15 января 2026 15:56 (UTC +04:00) 926
Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb

Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" ilə bağlı elanlar yayılıb.

Day.Az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Bildirilib ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur.

Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un rəsmi kanallarını izləməyə çağırırıq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости