Bakıda sabah 10 marşrutun hərəkəti dəyişdirilir

10 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

 

Bildirilib ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.