https://news.day.az/azerinews/1811756.html
Samuxda mikroavtobus aşdı: ölən və yaralanlar var
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən bildirir ki,, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan "Qazel" markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Samuxda mikroavtobus aşdı: ölən və yaralanlar var
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən bildirir ki,, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan "Qazel" markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən şəxs sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре