"Övladlarımdan incimişəm, DANIŞMIRIQ"

Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan ciddi problemlərlə bağlı açıqlama verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, aktyor "Günə uğurla" proqramında qonaq olarkən sağlamlıq durumunun yaxşı olmadığını bildirib. Onun sözlərinə görə, səhhətindəki problemlər səbəbindən bir çox televiziya verilişlərinə qatılmaqdan imtina edir:

"Səhhətimdə ciddi problem var. Ona görə də çox verilişə gedə bilmirəm. Fiziki olaraq buna imkanım çatmır".

R.Rəhmanov qeyd edib ki, hazırda ona həyat yoldaşı qayğı göstərir. Övladlarından isə heç bir gözləntisi olmadığını deyən aktyor bu məsələdə açıq danışıb:

"Mənə həyat yoldaşım baxır. Övladlarımdan nəsə ummuram. Onların öz həyatları var. Əksinə, imkanım olduqda mən oğluma kömək edirəm".

Əməkdar artist övladları ilə münasibətlərinin hazırda gərgin olduğunu, onlarla danışmadığını da etiraf edib.

Qeyd edək ki, Rəhman Rəhmanov ağır itkilər yaşayıb. Aktyor oğulları Emil və İlhamı itirib. İki dəfə ailə həyatı quran sənətçinin dörd övladı olub.