“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım

Qazaxıstan "Kayrat"ı klubu "TikTok" sosial şəbəkə hesabında "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qitənin ən nüfuzlu turnirində Liqa mərhələsində mübarizəni dayandıran komanda "Qarabağ"a uğurlar arzu edib. 

Cizgi filmi obrazları ilə hazırlanan videoda isə bu sözlər yer alıb: "Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən". 

Qeyd edək ki, "Kayrat" ÇL-in liqa mərhələsini 36-cı yerdə tamamlayıb.