Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb
Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.
APA Türkiyə mediasina istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir çox ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirilib.
Prokurorluq tərəfindən əməliyyatla bağlı yayılan açıqlamada bildirilib ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi çərçivəsində yanvarın 31-də saat 07:00-dan etibarən İstanbul, Ankara, Muğla və Yalova vilayətlərində (cəmi 21 ünvanda) axtarış və saxlama tədbirləri icra olunub. Nəticədə narkotik və silah-sursat ələ keçirilib.
Saxlanılan məşhurların siyahısında Hasan Can Kaya, Yusuf Aktaş, Emirhan Çakal, Mazlum Aktürk
Mert, Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Bercan Güven,
Fırat Yaylanın da adları var.
Ölkə xaricində olduqlarına görə, haqqında qiyabi saxlanılma qərarı çıxarılan məşhurlar da (Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca, Nisa Bölükbaşı) var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре