https://news.day.az/azerinews/1813646.html Dünya şöhrətli kinorejissor ilk "Qremmi" mükafatını alıb Dünya şöhrətli kinorejissor Stiven Spilberq ilk dəfə olaraq "Qremmi" mükafatına layiq görülüb. Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, o, "Con Uilyamsın musiqisi" lentinə görə ən yaxşı kino musiqisi nominasiyasında qalib gəlib.

Dünya şöhrətli kinorejissor ilk "Qremmi" mükafatını alıb

Azərbaycanca, 2 февраля 2026 20:15 (UTC +04:00) 345
Dünya şöhrətli kinorejissor ilk "Qremmi" mükafatını alıb

Dünya şöhrətli kinorejissor Stiven Spilberq ilk dəfə olaraq "Qremmi" mükafatına layiq görülüb.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, o, "Con Uilyamsın musiqisi" lentinə görə ən yaxşı kino musiqisi nominasiyasında qalib gəlib.

 

Rejissor bununla Amerikanın əyləncə sənayesinin ən nüfuzlu mükafatlarının tam dəstini toplamış olub: "Oskar", "Emmi", "Toni" və "Qremmi".

Stiven Spilberq Amerikalı tanınmış kinorejissor, prodüser və ssenaristdir, müasir Hollivud kinosunun ən təsirli simalarından biri hesab olunur. O, "Çənələr", "E.T.", "Yura dövrü parkı", "Şindlerin siyahısı" və "Əsgər Rayanı xilas etmək" kimi dünya şöhrətli filmlərin müəllifidir. Spilberq bir neçə "Oskar" mükafatının laureatıdır və kino sənayesində kommersiya uğuru ilə bədii keyfiyyəti birləşdirən nadir rejissorlardandır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости