https://news.day.az/azerinews/1817914.html Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik.

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Azərbaycanca, 23 февраля 2026 17:45 (UTC +04:00) 316
Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. 

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib.

Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.

Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Çelsi Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, onun tərəfindən şəxsi xarakterli video, yazışmaları ilə təhdid edilib.

Baxşıyevanın sözlərinə görə, əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub.

Bu ittihamlardan sonra Anar Pirməmmədovun FHN-dəki vəzifəsindən azad edildiyi bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости