Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Day.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 22:46-da qeydə alınan zəlzələnin maqnitudası 4,6 olub.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.