https://news.day.az/azerinews/1854464.html TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. Day.Az bildirir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb.

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar

Azərbaycanca, 17 августа 2026 16:15 (UTC +04:00) 218
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.

Day.Az bildirir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Bayramov Atilla-Turan Nuru oğlu həmin şöbənin müdiri təyin edilib.

Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. Hüseynov İlham Həqiqət oğlu Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Bayramov Elvin Fikrət oğludur.

Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Mirzəbəyli Teymur Adışirin oğlu vəzifəsindən azad edilib. Onun yerinə Əfəndiyeva Elza Rafiq qızı adıçəkilən departamentin rəhbəri təyin olunub./unikal

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости