https://news.day.az/azerinews/1855285.html Lalə xəstəxanada ölməyib - TƏBİB-dən açıqlama - YENİLƏNİB - FOTO TƏBİB Bakıda 23 yaşlı qadının abortdan sonra dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib. Day.Az xəbər verir ki, qurumdan verilən məlumata görə, 20.08.2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.

Lalə xəstəxanada ölməyib - TƏBİB-dən açıqlama - YENİLƏNİB - FOTO

Azərbaycanca, 21 августа 2026 15:03 (UTC +04:00) 227
Lalə xəstəxanada ölməyib

TƏBİB Bakıda 23 yaşlı qadının abortdan sonra dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Day.Az xəbər verir ki, qurumdan verilən məlumata görə, 20.08.2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

xxx

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

Day.Az "Bakupost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

  • Lalə xəstəxanada ölməyib
  • Lalə xəstəxanada ölməyib
  • Lalə xəstəxanada ölməyib
  • Lalə xəstəxanada ölməyib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости