https://news.day.az/azerinews/1856204.html Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Rusiyanın "SAFMAR" Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 26 августа 2026 18:21 (UTC +04:00) 125
Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiyanın "SAFMAR" Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin həyatınız və fəaliyyətiniz Vətəninizə fədakar xidmətin, humanist ideallara sədaqətin və Azərbaycan xalqının mənəvi irsinə dərin ehtiramın nümunəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində Siz ölkənin sosial-iqtisadi inkişafına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verirsiniz.

Fəaliyyətiniz məsuliyyət, ardıcıllıq və insanları mühüm quruculuq məqsədləri ətrafında birləşdirmək bacarığı ilə səciyyələnir.

Sizin uzun illər ərzində həyata keçirdiyiniz humanitar və xeyriyyəçilik fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və sosial dəstək sahələrində genişmiqyaslı layihələr həyata keçirir.

Bu təşəbbüslər sayəsində uşaqlar və ailələr yardım alır, tarixi abidələr qorunur, məktəblər və tibb müəssisələri açılır, Azərbaycanın zəngin mədəni irsi isə beynəlxalq aləmdə daha geniş tanınır.

Sizi güclü dövlət xadimi, yüksək mədəniyyətə və nadir şəxsi cazibəyə malik insan kimi tanıyırlar.

Siz ölkəyə məsuliyyətli xidmətinizi ailəyə, milli ənənələrə və əbədi mənəvi dəyərlərə qayğıkeş münasibətlə layiqincə uzlaşdırırsınız.

Hörmətli Mehriban Arif qızı, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və tükənməz enerji arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости