Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Rusiyanın "VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı!
VTB Bankın İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Uzun illərdir ki, Siz məsul vəzifələrdə çalışaraq Azərbaycanın tərəqqisinə yorulmadan xidmət edirsiniz. Sizin fəaliyyətiniz ən geniş səviyyədə yüksək qiymətləndirilmişdir.
Hörmətli Mehriban Arif qızı, Sizə bütün təşəbbüslərinizin uğurla həyata keçirilməsini, möhkəm cansağlığı, sülh və ailənizə firavanlıq arzulayıram".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре