https://news.day.az/azerinews/1857298.html Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-də 72 mindən çox tibb işçisinin maaşı artırılır - FOTO TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydalar 1 sentyabr 2026-cı ildən etibarən tətbiq olunacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktoru Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-də 72 mindən çox tibb işçisinin maaşı artırılır - FOTO

Azərbaycanca, 2 сентября 2026 11:39 (UTC +04:00) 315
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-də 72 mindən çox tibb işçisinin maaşı artırılır

Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.

Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya 49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə kiçik tibb heyətidir.

Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135 faizə qədər təşkil edəcək.

Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.

  • Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-də 72 mindən çox tibb işçisinin maaşı artırılır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости